EYOF və “JARA” festivalları ilə əlaqədar həkimə 5 müraciət daxil olub

26-07-2019 [10:20]
Ötən gün XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 4 müraciət daxil olub. 

Mia.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, müraciət edənlərdən biri 16 yaşlı danimarkalı idmançı sağ budun travması diaqnozu ilə Heydər Əliyev adına İdman Sarayından 1 saylı Kliniki Tibbi Mərkə çatdırılıb. 

İdmançıya lazımı yardım göstərildikdən sonra buraxılıb: "Digər 3 nəfər müraciət edənlər yarışlar keçirilən ərazidə xidmət aparan əməkdaşlar olub. Onlardan ikisi baş ağrısından, biri isə arterial təzyiqin artmasından şikayətlənib. Müraciət edən polis əməkdaşlarına həkimlər yerində yardım göstəriblər".

Nazirlikdən həmçinin qeyd olunub ki, "JARA” festivalı keçirilən ərazidə növbə çəkən təcili tibbi yardım briqadasına isə 26 yaşlı Azərbaycan vətəndaşı sol diz qapağının səthi travmaması ilə müraciət edib və həkimlər ona yerində yardım ediblər.

XV Avropa Gənclər Yay Olimpiya Festivalı və "JARA” festivalı keçirilən ərazilərdə təcili tibbi yardım briqadaları növbə çəkməkdə davam edir.


SON XƏBƏRLƏR