Bakıda “Internet şəxsi həyat” mövzusunda konfrans keçirilib

img

25-07-2019 [23:27]


Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  iyulun  25-də  Bakı şəhərində "Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat"  mövzusunda konfrans keçirib.  

Mia.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) konfrans zalında keçirilən tədbirə  KİV  nümayəndələri, QHT təmsilçiləri, həmçinin, internet və sosial şəbəkə  fəalları olmaqla 55 nəfər qatılıblar.

Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat"  mövzusunda konfrans və seminarların  təşkili" layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  xəbər istehsalçılarının  "Şəxsi həyat" barədə xəbər hazırlamağın şərtlərinə yanaşmaları  problemlidir: "Xüsusi kateqoriyalı fərdi məlumatlar"ın, onun mühüm qollarından  olan "Şəxsi həyat"ın  qorunması modern dünyada  insan hüquqlarının ən önəmli  prinsiplərindən  biri, həmçinin, onlayn medianın trend problemlərindən biri  kimi qəbul edilir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi  "Şəxsi həyatın qorunması"nı ehtiva edir.  Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi də "şəxsi həyat"a  aid informasiyaların qorunmasına, ona hörmətlə  yanaşılmasına təminat verir.  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155 və 156-cı maddələri  başqalarının "şəxsi həyat" prinsipini pozmağa  görə  cinayət məsuliyyətini  nəzərdə tutur.  Mövzunun həssaslığını nəzərə alaraq, Milli Məclis "Fərdi məlumatların qorunması" adlı əlahiddə qanun da qəbul edib. Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları» nın 3-cü Prinsipi də "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı"  mövzusuna  həsr edilib.

Amma internetin sürətli inkişaf etməsi ilə   bu sahədə problemlər də ortaya çıxıb,  "Şəxsi həyat"ın  qorunması mövzusu    aktuallaşıb. Sosial şəbəkələr ,  "Şəxsi həyatın qorunması" və digər bu kimi  prinsiplərin intensiv şəkildə pozulmasına yol açmaqla, mənfi təzahürləri də ortaya çıxarıb.  Keçirdiyimiz konfransda məqsəd   bu problemin  aradan qaldırılması yolları barədə müzakirə açmaq oldu"

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə  "Xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat və KİV" adlı vəsait də çap  edilib və seminar iştirakçılarına pulsuz paylanıb.

Tədbirdə  çıxış edən media eksperti Nəzirə Nurullayeva şəxsi həyat barədə informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər barədə konfrans iştirakçılarını məlumatlandırıb. Əməkdar jurnalist Azər Həsrət, DJL sədri, MŞ İH üzvü Yadigar Məmədli, Aktor.az saytının baş redaktoru Telman İsa  və digərləri çıxış edərək mövzu üzrə fikirlərini çatdırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR