Gürcü deputatın seks videosunu yayan 19 nəfər həbs olundu

img

25-07-2019 [20:34]


Gürcüstan parlamentinin qadın deputatı Eke Beseliyanın gizli çəkilişlə əldə edilən videogörüntüsünü yayan şəxsin kimliyi bəlli olub.

Bu haqda Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb.

 Qeyd edək ki, bu ilin yanvar ayında Eke Beseliyanın sosial şəbəkədə seks videosu yayılmışdı. Gürcüstan DİN videonun yayılmasından dərhal sonra cinayət işi açmışdı. 

Nazirlik bildirir ki, istintaq çərçivəsində bu günədək 19 nəfər saxlanılıb, onlar şəxsi məlumatları ələ keçirmə və yaymada ittiham olunur.

DİN ad açıqlamayıb. Amma videonun Ermənistanda bir Gürcüstan vətəndaşı tərəfindən yayımlandığını qeyd edib. D.A adlı şəxsin bu videonu Rusiya vətəndaşı M.D-dan aldığı bildirilib. Hər iki şəxs barədə həbs qətimkan tədbiri seçilib. Gürcüstan vətəndaşı Ermənistanda həbs olunub. 

Xatırladaq ki, qadın deputatın cinsi əlaqədə olarkən görüntüsü Tiflisdəki mehmanxanalardan birində çəkilib.

Yenisabah.az

Digər xəbərlər
SON XƏBƏRLƏR