25-07-2019 [18:40]
""JARA” festivalı ildən-ilə daha marqlı və miqyaslı olur".
Bu barədə Xalq artisti Emin Ağalarov Bakıda növbəti "JARA” musiqi festivalının başlamasına həsr olunan mətbuat konfransında bildirib.
"Bu il ciddi hazırlaşmışıq, üçüncü səhnəni tikib qurtardıq. Festivalda hər gün 70-dək artist çıxış edəcək”, - deyən müğənni Bakı tamaşaçılarının qədirbilən olduğunu də qeyd edib.
Gələn il "Jara America” festivalının keçiriləcəyini deyən Emin Ağalarov həmin tədbirə Avropa, Türkiyə, ABŞ müğənnilərinin dəvət olunacağını diqqətə çatdırıb.
Bakı təəssüratlarını və festival ərəfəsində əhvalını bölüşən Rusiyanın Xalq artisti Filip Kirkorov da bu dəfəki festivalda həmvətəni Yulia Zivertlə duetdə çıxış edəcəyini qeyd edib: "Bu ilki festivalda təcrübəli müğənnilər gənclərlə birgə oxuyacaq, özü də onların mahnılarını ifa edəcəklər. Biz də Yulia ilə onun mahnısını oxuyacağıq. Ümumiyyətlə, "JARA”nın fərqi daim keçirilən sınaq proqramlarıdır. Məsələn, sabah Azərbaycanın Xalq artisti Aygün Kazımova ilə çox maraqlı duetimiz olacaq”.
Rusiyanın daha bir müğənnisi Lolita da Bakı festivalının təşkilat işinə yüksək qiymət verib. Rusiyanın Əməkdar artisti Qriqoriy Leps də "JARA” festivalını müasir musiqi sənətinin mənzərəsini əyani görmək baxımdan yaxşı fürsət olaraq dəyərləndirib.
Qeyd edək ki, Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqoriy Leps, Rusiyanın "Qızıl qramofon” mükafatı laureatı Sergey Kojevnikov tərəfindən təşkil olunan "JARA” festivalı artıq 4-cü dəfədir keçirilir. Belə ki, 25-28 iyul günləri Nardaran qəsəbəsi yaxınlığındakı "SeaBreeze” istirahət mərkəzində keçirilən festival çərçivəsində "non stop" formatda əyləncələr təklif olunan 80-dən artıq müğənninin möhtəşəm konsertləri, defilelər, işıqlı şou, axşam qürubu rəqsləri əsrarəngiz, başqa musiqi festivallarda görünməyən ab-hava yaradır. Üstəlik bu dəfəki festivalda dəniz qırağındakı əsas səhnədən əlavə iki hovuz və daha iki geniş səhnə quraşdırıldığı, nahar və VİP məkanlarının genişləndirildiyi bildirilir, nəticədə rekord göstəricilər əldə etmək hədəflənir/Report
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR