Prezident İlham Əliyev sərəncam imzaladı

25-07-2019 [15:37]

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Ağcabədi rayonunda beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Boyat–Biləyən–Hacılar–Qaraxanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.



SON XƏBƏRLƏR