Bərdədə məcburi koçkünün evi yandı - Bir nəfər xəsarət alıb

img

25-07-2019 [14:02]


Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, hadisə rayonun Qırmızı Samux qəsəbəsində baş verib.

Belə ki, ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb. 

Yanğın zamanı 1 nəfər xəsarət alıb. 

Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR