«Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi III dəyirmi masasını keçirib - Tədbir + FOTO

img

25-07-2019 [11:46]


Iyul ayinın 19 –da «Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi Ağstafa rayon Heydər Əliyev Mərkəzində "Milli maraqların müdafiəsi : sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təssübkeşliyi” layihəsi çərçivəsində III dəyirmi masasını keçirib.

Mia.az xəbər verir ki, layihə rəhbəri Sevinc Kərimova layihənin məqsədinin sosial şəbəklərdən istifadə edən vətəndaşlarımizla milli mənafeyimiz və dövlətimizın təhlükəsizıyi ilə bağlı mövzularda müzakirələr aparmaq oldugunu bildirib və mövzu haqqında ətraflı çıxış edib.

Ağstara rayon İcra Hakimiyyətinin İctimai siyasi və Humanitar şöbəsinin əməkdaşı Əziz Məsmalıyev, Gənclər və İdman idarəsinn əməkdaşı Turan Hüseynov, rayon ictimayətinin nümayədəsi Səxavət İsmayilov mövzu ilə bağlı çıxışlar ediblər.

40 nəfərdən çox rayon sakini iştirak etdiyi dəyirmi masa çay süfrəsi ərtafında davam edib.

Iştirakçılara Rabitə və Yüksək Texnoloğiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən təqdim edilmiş "Facebook sosial şəbəkəsindən təhlükəsiz istifadə qaydaları” kitabçası paylanılıb.

Qeyd edək ki, "Milli maraqların müdafiəsi : sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təssübkeşliyi” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Analoji tədbirlər iyun ayının 20-də Beylaqan, 5 iyulda Astara rayonunda keçirilib, və 2 avqust tarixlərində Bərdə şəhərlərində keçirilməsi planlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR