Küçəsi, dərəsi, çayı zibil yığını ilə doldurulan Xoşbulaq... - FOTOLAR

25-07-2019 [09:33]
Daşkəsən rayonunun turizmlə öyünən Xoşbulaq bölgəsi zibillik içində boğulur.

Mia.az xəbər verir ki, Xoşbulaq ölkədə təbiətinə, havasına görə adı sözün həqiqi mənasında xoş sədalarla çəkilsə də, görünən odur ki, müvafiq qurumlar buranın zibil yığını ilə bərbad hala salınmasının fərqində deyillər. 

Artıq Xoşbulağın nəinki küçələri, hətta kiçik çay kanalları belə zibil yığını ilə "göz oxşayır".

Diqqətçəkən məqamlardan biri də budur ki, Xoşbulaqda zibil qutuları belə yoxdur...

Görünür, elə bu hala görə rayonun icra başçısı Əhəd Abıyev də burada deyil, qonşu Gürcüstana istirahətə gedir. O, hətta ötən il Gürcüstandan açıqlama verərək, oranın mövcud qiymət fərqinə görə istirahət üçün daha əlverişli olduğunu gizlətməyib. 

Mia.az əlavə şərh vermədən Xoşbulaqdan fotoları təqdim edir:









SON XƏBƏRLƏR