"Bizdə elə vicdansız adamlara pul buraxılır ki..." - Xalq artistindən açıqlamalar

img

25-07-2019 [09:13]


Son illər düşmən Ermənistan öz qondarma, saxta dövlətçilik tarixi ilə bağlı çoxlu sayda teatr tamaşaları hazırlamaqda, filmlər çəkməkdədir. Hansı ki, bütün bu film və tamaşalarda qurama dövlətin guya minillik tarixə malik qədim bir dövlət olması fikri təlqin edilir.

Maraqlıdır, qədim dövlətçilik tarixi olan ölkəmizdə tarixi yöndə film və tamaşaların hazırlanmasına diqqət artırılmalıdırmı?

Mia.az xəbər verir ki, Moderator.az-a açıqlama verən xalq artisti Valeh Kərimov buna çox böyük ehtiyac olduğunu bildirib:

"Bu məsələnin daim diqqət mərkəzində saxlanılması vacibdir. Bu filmlərin, tamaşaların hər gün çəkilməsi, hazırlanması, hər gün göstərilməsi zəruridir.

Bizdə elə vicdansız adamlar var ki, onlara pul da buraxılır, dövlət tərəfindən köməklik də edilir, amma ortaya elə şey çıxardırlar ki, baxırsan, gözlərinə inanmırsan.  Qabaqlar sovet hökuməti filmlərin ora-burasını kəsir, ona müəyyən müdaxilələr edirdi. Indi isə bu cür müdaxilələr yoxdur. Müstəqil dövlətik. Çəkmək istəyirsənsə, buyur çək. Koroğlunu yenidən çək. Babəki bir də çək. Tariximizlə bağlı çoxlu maraqlı məqamlar, qəhrəmanlıqla zəngin hadisələr mövcuddur. Bunları tapmaq, bunlarla bağlı filmlər çəkmək lazımdır. Ermənilər heç nədən öz qondarma keçmişləri ilə bağlı nələrsə çəkir, təbliğ edirlər. Biz də bu yöndə ciddi addmlar atmalı, ortaya ciddi tamaşalar, filmlər qoymalıyıq. Bu, həm milli dövlətçilik tariximizin təbliği, həm də gənc nəslin milli ruhda yetişdirilməsi baxımından olduqca vacibdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR