Festivalda 1500 metr qaçış yarışında qaliblər müəyyənləşib

img

24-07-2019 [21:00]


XV Avropa Gənclər Olimpiya Festivalında oğlanlar arasında 1500 metr məsafəyə qaçış üzrə final yarışı keçirilib.

Mia.az xəbər verir ki, yarışda qızıl medalı polşalı Yedrzey Pojvardovski qazanıb. Gümüş medala fransalı Adil Espasa, bürünc medala isə ispaniyalı Fikadu Qonzales layiq görülüblər.

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR