Qarabağda erməni əsgəri giziri güllələdi, sonra isə özünü vurdu

img

24-07-2019 [14:58]


Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan əsgərinin ölüm səbəbi məlum olub.

"Novosti Armeniya” xəbər verir ki, Ermənistan İstintaq Komitəsi hadisə barədə açıqlama yayıb.

Komitənin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Naira Arutyunyan "Facebook” səhifəsində yazıb ki, 2019-cu il iyulun 23-də N saylı hərbi hissənin sıravi əsgəri Volodya Qaloyan döyüş postunda xidmət etdiyi hərbi hissənin baş gizirini öldürmək istəyib. V.Qaloyan "AK-74” markalı tabel avtomat silahdan baş gizirə bilərəkdən atəş açıb: "Ancaq ondan asılı olmayan səbəbdən cinayətini başa çatdıra bilməyib”.

Onun sözlərinə görə, V.Qaloyan avtomatını götürərək ərazinin tərk edib: "İyulun 24-də səhər 04.20-də onun meyiti müşahidə məntəqəsindən 50 metr aralı alt çənə nahiyəsindən yaralanmış halda aşkarlanıb. Avtomatı da meyitin yanında olub”. 

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub