23-07-2019 [22:40]
İyulun 22-də milli mətbuatımızın 144 illiyi ilə bağlı keçirilmiş təntənəli mərasimdə Azərbaycan Mətbuat Şurasının "Jurnalistikaya xidmətlərinə görə” xüsusi mükafatının ilk laureatlarının adları açıqlanıb.
Mia.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov sosial şəbəkədəki səhifəsində yazıb.
Mükafatı laureatlara Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri, professor Əli Həsənov təqdim edib.
Əflatun Amaşov bildirib ki, Azərbaycan Mətbuat Şurası mediada peşə prinsiplərinin qorunması, media məkanımızın saflaşdırılması istiqamətində tədbirlər reallaşdırmaqla yanaşı, milli mətbuat tariximizin öyrənilməsində müstəsna xidmətləri olan şəxslərin əməyinin qiymətləndirilməsinə də böyük önəm verir. Mükafatının təsis edilməsində də məqsəd budur.
Ə.Amaşov çıxışında laureatların Azərbaycanın mətbuat tarixinin öyrənilməsinə verdikləri böyük töhfələrdən bəhs edib. Onların əməyinin qiymətləndirilməsinin son dərəcə mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
"Jurnalistikaya xidmətlərinə görə” xüsusi mükafatının ilk laureatı klasssik mətbu irsimizin tədqiqindəki xidmətlərinə, jurnalistika sahəsindəki uzun müddətli səmərəli elmi fəaliyyətinə görə seçilmiş Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, böyük alim mərhum Şirməmməd Hüseynovdur.
Mükafatın növbəti laureatı milli mətbuat tariximizdə müstəsna rol oynamış böyük şəxsiyyət Cəlil Məmmədquluzadənin irsinin ən fəal tədqiqatçılarından olan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, professor İsa Həbibbəyli olub.
"Jurnalistikaya xidmətlərinə görə” xüsusi mükafatının daha bir laureatı isə milli mətbuatımızın banisi Həsən bəy Zərdabi irsinin tədqiqatçısı, Zərdabişünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Esmira xanım Cavadovadır.
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək