İmişlidə soyğunçuluq edən iki nəfər tutulub

img

23-07-2019 [22:01]


İyulun 22-də saat 1 radələrində İmişli rayonunun Şahverdili kəndi ərazisində naməlum şəxslər Goranboy rayon sakini R.Məmmədova zor tətbiq edib 54 manatını, mobil telefonunu, gümüş boyunbağını və yaddaş kartını ondan alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, soyğunçuluğu törətməkdə şübhəli bilinən rayon sakinləri S.Hüseynov və əvvəllər məhkum olunmuş A.İbrahimbəyli saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR