23-07-2019 [17:42]
İyulun 23-də Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Departament direktoru Yair Kulasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir xalqlarımız arasında əlaqələrin dərin qatlara və qədim tarixə malik olduğunu, dünyada multikultural dəyərlərin hökm sürdüyü ölkə kimi tanınan respublikamızda müxtəlif millətlərin, o cümlədən yəhudilərin əsrlər boyu tolerant mühitdə, dostluq və mehribanlıq, təhlükəsizlik şəraitində yaşadıqlarını, ikitərfəli münasibətlərin qurulmasında ulu öndər Heydər Əliyevin önəmli rolunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İsrail Dövləti rəhbərliyinin siyasi iradəsi nəticəsində bu əməkdaşlığın daha da dərinləşdiyini diqqətə çatdırıb.
Son illər polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının hər iki ölkədə keçirilən müxtəlif təlim və treninqlərə cəlb edildiklərini, öz peşəkarlıqlarını və ixtisaslarını daha da artırdıqlarını xatırladan general-polkovnik Vilayət Eyvazov İsrailin aidiyyatı strukturları ilə işgüzar əlaqələrə malik olduğumuzu nəzərə çatdırıb, o cümlədən Daxili İşlər nazirlikləri səviyyəsində bu əlaqələrin genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş" layihəsinin razılaşdırılması istiqamətində səylərin davam etdirildiyini vurğulayıb.
İsraildə bir neçə dəfə olduğunu, sonuncu dəfə üç il öncə Təl-Əviv şəhərində təşkil olunmuş beynəlxalq konfrans və sərgidə iştirakını məmnunluqla xatırladan nazir V.Eyvazov səfər çərçivəsində bir çox rəsmilər və müxtəlif qurumların nümayəndələri ilə keçirilən görüşlərin, müzakirə olunan məsələlərin, aparılmış fikir mübadiləsinin onda böyük maraq və xoş təəssürat doğurduğundan söz açıb. Cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təminində İsrailin hüquq-mühafizə orqanlarının təcrübəsinin öyrənilməsinin çox faydalı olduğu, yəhudi dövlətində uzun müddətdir fəaliyyət göstərən ən müasir texnologiyaların, o cümlədən "Təhlükəsiz şəhər” sisteminin respublikamızda da uğurlu tətbiqi qeyd olunub.
Daha sonra DİN-in əsas hüquq və vəzifələri, mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə qonaqlara məlumat verilib. Nazir qeyd edib ki, nəinki MDB məkanında, Şərqi Avropada da ən sabit, təhlükəsiz dövlətlərdən biri kimi tanınan Azərbaycanda ictimai-siyasi stabillikdən, əlverişli kriminogen durumdan respublikamızın vətəndaşları ilə bərabər, ölkəmizə gələn əcnəbilər, burada yaşayaraq çalışan iş adamları, turistlər də yararlanırlar.
Problemlərə toxunarkən Daxili İşlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsinin narahatlıq doğurduğunu, bu növ cinayətlərə qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü nəzərə çatdırıb.
Ölkəmizə ilk dəfə gəldiyini, səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən Yair Kulas Bakının gözəlliyinin və müasirliyinin onda böyük təəssürat oyatmasından, hər iki ölkənin müvafiq qurumları arasında işgüzar əlaqələrin inkişafından, Azərbaycanda yaradılmış tolerantlıq mühitindən razılığını ifadə edib.
Qonaq həmçinin ölkəmizdə ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasının əyani təzahürü kimi son zamanlar İsrail vətəndaşlarının da ölkəmizə ziyarətlərinin artmasının ikitərəfli əlaqələrin inkişafının digər mühüm bir aspekti kimi dəyərləndirib, Azərbaycan vətəndaşları ilə bərabər əcnəbilərin də təhlükəsizliyinin təmini istiqamətində respublikamızın daxili işlər orqanları əməkdaşlarının böyük əmək sərf etdiklərini diqqətə çatdırıb, bu səfərin əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Səmimilik və işgüzarlıq şəraitində kеçən görüşdə qarşılıqlı maraq dоğuran digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.
Qəbulda İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav iştirak edib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"