Qubada keçmiş məhbus qətl törətdi

23-07-2019 [15:12]
Quba rayonunda keçmiş məhbus qətl törədib.

"Report"un verdiyi məlumata görə, hadisə rayonun Aşağı Atuc kəndində baş verib.

Kafedə mübahisə zəminində kənd sakini Cabir Əhmədxanov Aşağı Xuc kənd sakini Babək Şükürovu üstündə gəzdirdiyi bıçaqla qətlə yetirib.

Qeyd edək ki, Cabir Əhmədxanov həbsxanadan ötən il çıxıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR