Rəsmi Kabil Trampdan izahat tələb etdi

23-07-2019 [14:23]
Əfqanıstan hökuməti ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların Əfqanıstandakı müharibəni 7-10 günə uda biləcəklərinə dair sözlərindən sonra Vaşinqtondan məsələyə aydınlıq gətirməsini istəyib.

Bu barədə "RİA "Novosti" xəbər yayıb.

"Əfqanıstan və ABŞ arasındakı çoxşaxəli əlaqələri nəzərə alaraq, Əfqanıstan İslam Respublikası hökuməti diplomatik vasitələr və kanallar vasitəsi ilə ABŞ prezidentinin Pakistanın baş naziri ilə görüşdə verdiyi açıqlamalara aydınlıq gətirilməsini istəyir", - deyə Əfqanıstan prezidentinin aparatının rəsmi saytında yerləşdirilən bəyanatda bildirilib/Report.

Xatırladaq ki, dünən Pakistanın baş naziri İmran Xan ilə görüşü zamanı Tramp ABŞ-ın 7 günə Əfqanıstandakı müharibəni qazana biləcəyini, 10 günə isə Əfqanıstanı dünyadan silə biləcəklərini bəyan edib.

Mia.az


SON XƏBƏRLƏR