İcra Hakmiyyətindən iddialara reaksiya: "Bundan şou yaratmağa dəyməz"

img

23-07-2019 [14:14]


Suraxanı rayon icra hakimiyyətindən Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkında ağacların quruması ilə bağlı iddialara aydınlıq gətirilib.

İcra hakimiyyətindən Mia.az-a verilən məlumata görə, Bakının Suraxanı rayonunu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkının baxımsızlıq ucbatından ağacların quruması ilə bağlı yayılan yazı daha çox ictimaiyyəti yanlış məlumatlandırmaq məqsədi daşıyır:

"İsti yay aylarında bu il əkilən tinglərin bəzilərinin quruması təbii haldır və bundan şou yaratmağa dəyməz. Payız aylarında qurumuş bir neçə ağacın yerinə yeni tinglər basdırılacaq”, - deyə icra hakimiyyətindən bildiriblər.

Xatırladaq ki, Bakının Suraxanı rayonunu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkı bu il aprelin 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın açılışını etdiyi iştirakı ilə Qaraçuxur sakinlərinin istifadəsinə verilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR