"BakıKART"a yüklədiyi pulu oğurlanan Bakı sakini: "Niyə 24 saata bərpa olunmalıdır ki..."

img

23-07-2019 [11:59]


"Deməli, iyulun 17-də "BakıKART"a 1 manat vurdum, qəbzdə vəsait göstərilsə də, pul karta oturmadı. Bərpa etmək cəhdlərim də fayda vermədi".

Bu sözləri Bakı sakinlərindən biri Mia.az-a deyib.

Onun sözlərinə görə, başına gələn hadisə ilə bağlı Mia.az-da "Hər gün 100 min nəfərdən bir manat oğurlansa..." başlıqlı xəbərdən sonra bu gün ona zəng gəlib: ""BakıKART" saytınıza cavab verib, "MilliÖn"dən isə mənə zəng gəlib ki, get metroya, əlavə pul vur, sonra 24 saat gözlə, ondan sonra da dayanacaqlardakı aparatlara yaxınlaş, orada "bərpa et" əməliyyatını apar və beləliklə, guya 1 manatım bərpa ediləcək.

İndi mən Sizdən soruşuram: bəlkə mən rayondan bir neçə saatlıq Bakıya gəlmişdim? İndi burada deyiləm, onda necə olacaq? Gülməlidir, deyilmi? Pulu oğurlamaları bəs deyil, hələ bir 24 saat vaxt və əlavə əziyyət də yükləyirlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR