Jurnalistin atasının evi qarət edilidi: pul, qızıl aparıldı - Açıqlama

23-07-2019 [11:52]
Dünən gecə "Bakı-Xəbər” qəzetinin baş redaktor müavini Tahir Tağıyevin atasının "Yeni Ramana” qəsəbəsi, 2-ci sahə adlanan ərazidə olan evi qarət edilib. 

Mia.az xəbər verir ki, bu barədə məlumatı Azinforum.az-a Tahir Tağıyevin özü verib. 

Onun sözlərinə görə, oğrular gecə, hamının yatdığı vaxt pəncərədən evə daxil olub: "Evdən qızıl və pul aparıblar. Həyətdə qardaşımın avtomobilini içinə də daxil olublar. Aidiyyəti üzrə polis bölməsinə məlumat verdik. 12-ci bölmənin əməkdaşları lazım olan ilkin hərəkətləri icra etdilər. Ümid edirəm ki, cinayəti törədənlər tez bir zamanda tapılıb, layiqli cəzalarını alacaqlar”.




SON XƏBƏRLƏR