Rus və Çin qırıcıları Koreya sərhədini eyni saatda pozdu, atəş açıldı

23-07-2019 [11:25]

Cənubi Koreyanın sərhədini pozan Rusiyaya məxsus 3 qırıcı təyyarəsinə xəbərdarlıq atəş açılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, təyyarələrdən biri ölkənin hava müdafiə sistemlərinin qoruduğu əraziyə girib: "Buna görə həmin təyyarəyə xəbərdarlıq atəşi açılıb".

Nazirlik onu da bildirib ki, elə həmin saatda Çinə aid iki hərbi təyyarə də sərhədi pozub: "Biz bunun qəsdən olub-olmadığını bilmirik. Lakin bütün hallarda bu hadisələrlə bağlı həmin ölkələrə rəsmi etiraz bildiriləcək".



SON XƏBƏRLƏR