Abid Şərifovdan başına gələn olaya maraqlı reaksiya: "Biri qapını açır, o biri “kapot”un üzərinə çıxır..." + VİDEO

img

22-07-2019 [23:18]


Bu gün jurnalistin Baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üzərinə çıxaraq onun hərəkətinə mane olmasını əks etdirən görüntülər gündəm olub.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Abid Şərifov jurnalistin bu addımının onu şoka saldığını bildirib:

"Mən həyatımda birinci dəfə belə bir adam gördüm ki, biri qapını açır, o biri "kapot”un üzərinə çıxır. Mən həyatımda belə bir şey görməmişdim, sözüm yoxdur. 

Mən onları tanımıram, tanımaq da istəmirəm. Hər şey görmüşdüm, amma belə şey görməmişdim. Sonrasını Allah saxlasın. Jurnalist yox, lap istəyirsən Allahın bacısı oğlu ol, adamın bir tərbiyəsi olmalıdır. Mən maşında oturmuşam, o, maşının üzərinə atlanır. Deyirsən maşının üstüNdən düş, düşmürdü.”


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR