ABŞ-la Türkiyə razılaşdı - Suriya ilə bağlı

22-07-2019 [21:59]

ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Türkiyədə Milli Müdafiə naziri Hulusi Akarla görüşüb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, görüşdə Fəratın şərqində suriyalı qaçqınların yaşaması üçün təhlükəsiz bölgəsinin yaradılması və İŞİD-lə mübarizə əsas müzakirə mövzusu olub.

Məlumata görə, sabahdan tərəflər birgə təhlükəsiz zonaların yaradılması üçün əvvəlcən razılaşdırılmış ərazilərdə əməli işə başlayacaqlar.

Bundan əlavə, görüşdə Akarın Ceferidən PKK/YPG terror qruplarına verilmiş Amerika istehsallı silahların geri toplanılmasını istədiyi də bildirilir.



SON XƏBƏRLƏR