Nəsimi rayonunda yaşayan ahıl, müharibə və əmək veteranlarına dəstək - FOTOLAR

22-07-2019 [20:57]
Ahıllara, müharibə veteranları, şəhid ailələri və əlil  vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən də  bir sıra tədbirlər  keçirilir. 

İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər keçirilir, onların istək və təklifləri nəzərə alınır, yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl və əlil insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.

İyul ayının 19-da   bir qrup müharibə veteranları, şəhid ailələri, ahıllar və əlillər xüsusi avtobusla Yanardağ Dövlət Tarix-Mədəniyyət  və Təbiət Qoruğunda olublar.

Görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının  birinci müavini Gülarə Verdiyeva ahılları, müharibə veteranları  və  şəhid analarını salamlamış, Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban Əliyevanın  ahıl insanlara, veteranlara,şəhid ailələrinə,  əlillərə, az aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Gülarə Verdiyeva bildirmişdi ki, bu gün  Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir.

Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqaları, Əmək və Silahlı Qüvvələr Veteranları   onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti    Mehriban Əliyevaya    minnətdarlıqlarını bildirdilər. Səmimi söhbət zamanı  veteranlar  bildirmişlər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri, sabitlik  onları çox sevindirir. Bakı şəhərinin və regionların günü-gündən abadlaşdırılması və gözəlləşdirilməsi, Bakıda və diğər şəhərlərdə keçirilən beynəlxalq tədbirlər onları fərəhləndirir. Tədbir incəsənət ustalarının konsert proqramı ilə başa çatmışdır.r.

 

 


SON XƏBƏRLƏR