"Azərpoçt"un filial rəisi iş otağında vəfat etdi

22-07-2019 [17:17]
Salyanda idarə rəisi iş otağında dünyasını dəyişib.

Hadisə "Azərpoçt" MMC-nin Salyan filialında baş verib. 

Belə ki, filialın rəisi, Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Mehdiyev Elxan Ərəstun oğlu otağında dünyasını dəyişib.

Qeyd edək ki, E. Mehdiyev bu vəzifəyə kimi bank sistemində rəhbər vəzifələrdə işləyib/Report.


SON XƏBƏRLƏR