"BakıKART" şikayətə cavab verdi: "Karta köçməyən vəsait qeri qaytarılacaq"

img

22-07-2019 [16:21]


"BakıKat" Bakı sakininin kartın seriyası, başına gələn hadisə ilə bağlı dəqiq ünvan və saatı göstərdiyi şikayəti ilə bağlı Mia.az-ın yazdığı xəbərə rəsmi cavab verib.

Mia.az həmin cavabı olduğu kimi təqdim edir:

"İlk öncə Sizə BakıKart ilə əlaqədar istifadəçinin üzləşdiyi problemi işıqlandırdığınıza və BakıKart istifadəçisinə göstərdiyiniz dəsətəyə görə təşəkkürümüzü bildiririk.

BakıKartın Facebook səhifəsinə 20.07.2019-cu il tarixində ünvanlandırdığınız məktuba aidiyyəti üzrə baxdıqdan sonra qeyd etmək istərdik ki, yükləmə terminallarında baş verən texniki nasazlıq səbəbindən həyata keçirilən ödənişin uğursuz olması mümkündür.

Bununla belə, bu kimi problem və çətinliklərin operativ həlli üçün BakıKart çağrı mərkəzi və BakıKart Analiz Mərkəzi fəaliyyət göstərməkdədir. İstifadəçilər üzləşdikləri bütün problemlərin operativ həlli məqsədilə *4343 çağrı mərkəzi ilə əlaqə yarada bilər yaxud Bakı Metropoliteninin 4 stansiyasında ( 28 May, N.Nərimanov, Neftçilər, 20 Yanvar ) yerləşən BakıKart Analiz Mərkəzlərinə birbaşa yaxınlaşa bilərlər. 

Çağrı mərkəzinin nömrəsi və müraciət etmə barədə qeyd istifadədə olan kartların üzərində qeyd edilmişdir. 

Məktubunuzda əks olunan uğursuz ödəniş 18002 saylı MilliÖn terminalında baş vermişdir. İstiadəçi həm *0010 MilliÖn çağrı mərkəzinə, həmçinin BakıKart –ın (*4343) çağrı mərkəzinə zəng edə, yaxud [email protected] elektron poçt ünvanına yaza və problemin dərhal və operativ aradan qaldırılmasına nail ola bilər. Bütün hallarda müştərinin karta köçməyən vəsaiti qeri qaytarılır. 

Qeyd etdiyiniz halda müştərinin karta köçməyən vəsaiti "Komtec” (MİlliÖn) şirkəti tərəfindən geri qaytarılacaqdır. 

Məktunuzda istifadəçinin əlaqə məlumatı olunmadığından, təəsüf ki, istifadəçi ilə əlaqə saxlamaq mümkün olmadı. 

Göstərdiyiniz dəstəyə görə Sizə təşəkkür edrik!".



Digər xəbərlər
SON XƏBƏRLƏR