Palata "Gilan Holding”i cərimələdi - Maliyyə əməliyyatlarına görə

img

22-07-2019 [16:02]


Maliyyə Bazarlarına Nəzarət Palatası ölkənin böyük holdinqlərindən biri "Gilan Holding” MMC-ni xaric ilə valyuta əməliyyatları ilə bağlı nöqsana görə cərimələməsinin icrasına xitam verilib. 

Mia.az Banker.az-a istinadən xəbər verir ki, 17 iyul 2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsində "Gilan Holding”i Palata 430.4-cü maddəsi ilə inzibati iş üzrə cərimələyibmiş. Məslə ilə bağlı şikayətə sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Cərimə məbləğinin hansı valyuta və ya məbləğdə olunmasına dair heç bir detallar açıqlanmlr.

Adıçəkilən məcəllənin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki, "Gilan Holding” turizm, tikinti və sənaye sektoru üzrə bir neçə törəmə şirkətlərə sahibdir. Holdinq 2019-cu ilə qədər "AFB Bank” və "Azsığorta” kimi maliyyə qurumlarında əsas səhmdar idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR