22-07-2019 [15:53]
Tədbirdən əvvəl İsmayıllı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şəmşir Kazımovla görüş keçirilib. Ş.Kazımov tədbirin məhz İsmayıllı rayonunda keçirilməsinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, rayon ərazisində son 6 ayda polis tərəfindən həyata keçirilən tədbirlər öz səmərəli nəticəsini verməkdədir. "Qarşımıza qoyduğumuz əsas məqsəd vətəndaş məmnunluğunu təmin etməkdir. Bu gün istənilən rayon sakini qarşılaşdığı problemi bizə rahat şəkildə bildirir. Polis də əlindən gələni edir ki, vətəndaşlar qarşılaşdığı problemli məsələləri həll etsin”.
Tədbiri giriş sözü ilə açan Jurnalistika və İnkişaf Mərkəzinin sədri, Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı bildirib ki, əsas məqsəd polisin cəmiyyətdə önəmli rolu çatdırmaq, nüfuzunu daha da artırmaq, eyni zamanda xidmətdə fərqlənən polis əməkdaşlarını və nümunəvi sürücüləri mükafatlandırmaqdır. E.Muradlı polis peşəsinin çətin olduğu qədər şərəfli bir peşə olduğunu da diqqətə çatdırıb. Bildirib ki, xüsusilə, yol polislərinin əziyyəti çox böyükdür. "Bəzən polis, xüsusilə də yol polisləri haqqında cəmiyyətdə neqativ fikir formalaşdırmaq istəyənlər olur. Amma elə həmin insanların özü kiçik bir problemlə qarşılaşanda polisə üz tutur. Təsəvvür edin ki, yol polisi bir gün xidməti dayandırsa hansı xaos baş verə bilər.”
Elməddin Muradlı yol polislərini diqqətli olmağa, vətəndaşlarla ünsiyyət zamanı qanunlar çərçivəsində hərəkət etməyə çağırıb. "Son zamanlar yol hərəkəti qaydalarını mükəmməl şəkildə bilən sürücülərin sayı artıb. Çox zaman sosial şəbəkələrdə sürücünün yol polisinə qanundan sual verərək onu çətin duruma salması videolarına da rast gəlirik. Bu cür hallar təəssüf doğurur. Mən polisimizi belə aciz durumda görmək istəməzdim. Ona görə də, tövsiyyə edərdim ki, yol polislərimiz qanunları daha mükəmməl şəkildə öyrənsinlər. Bilmədiklərini ekspertlərdən, hüquqşünaslardan soruşsunlar. Nəticədə daha keyfiyyətli xidmət göstərə bilsinlər”.
Tədbirdə çıxış edən hüquqşünas Ərşad Hüseynov bildirib ki, yol hərəkəti təhlükəsizliyi məsələsi bu gün ən önəmli yer tutur. "Yol qəzalarında ölənlərin sayı müharibədə ölənlərdən qat-qat çoxdur. İstər sürücülər, istərsə də yol polisləri təhlükəsizliyin təmin edilməsində fəaliyyət göstərməlidir. Sürücü qanunlara əməl etsə, eyni zamanda yol polisi nəzarəti daim saxlasa düşünürəm ki, bu problemlər minimuma enə bilər. Amma təssüflər olsun ki, bir çox hallarda sürücülər öz təhlükəsizliyini, yaxınlarını belə düşünmədən yollarda qaydaları pozurlar. Bu isə nəticədə ağır qəzalara səbəb olur.”
Çıxış edən İsmayıllı rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik –leytenantı Cavanşır Hüseynov bildirib ki, qarşıya qoyulmuş məqsədlərin icrası üçün polis gecə-gündüz fəaliyyət göstərir. "Ən xırda bir hadisə bel diqqtdən yayınmır. Çünki bu an üçün xırda görünən məsələ qarşıda ciddi problemlər yarada bilər.”
Ekspert Ramil Osmanlı çıxış edərək bildirib ki, yollarda təhlükəsizliyin təmini məhz yol polislərin üzərinə düşür. "Yol polisinin fəaliyyəti danılmazdır. Onlar bəzən özlərinə aid olmasa belə vətəndaşların köməyinə çatırlar. Dəfələrlə yolda vəziyyəti pisləşən insanları məhz yol polisi xəstəxanaya çatdırıb, onlaın hətayını xilas edib. Bu faktlar kifatəy qədərdir.”
Tədbirdə Avtosfer.az saytı tərəfindən hazırlanmış diplomlar xidmətdə seçilən yol polislərin təqdim olunub. İsmayıllı rayon Yol polisi Şöbəsinin 3 əməkdaşı – Nicat Abbasov, Rəşad Qasımov və Rafiq Əzizov nümunəvi xidmətə görə diplomlarla təltif olunub. Onlar bu diqqət görə Avtosfer.az saytına təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, bundan sonra da numunəvi xidmətlərini davam etdirəcəklər. Tədbirdə iki numunəvi sürücü də mükafatlamndırılıb. Rayonun İvanovka kənd sakini Lyokin Sergey Nikolayoviç və İsmayıllı şəhər sakini Seyfəddin Məmmədov nümunəvi sürücü diplomu ilə təltif olunub.
Sürücü Seyfəddin Məmmədov çıxış edərək xüsusilə gəncləri diqqətli olmağa çağırıb. Bildirib ki, 30 ildir avtomobil idarə edir və hər zaman qaydalara əməl edib. "Sürücülərə tövsiyə edirəm ki, qanunlar çərçivəsində avtomobil idarə etsinlər. Bu ilk əvvəl onların özlərinə xeyirdir.”
Orxan Əli
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb