Xəzər dənizində batan 19 yaşlı şəxsin meyiti tapıldı

22-07-2019 [15:23]
Xəzər dənizində batan 19 yaşlı şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, iyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü İsaqov Fərman Məğrub oğlunun axtarışları başa çatıb.

F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


SON XƏBƏRLƏR