Respublika Klinik Xəstəxanasında xəstə özünü öldürdü

img

22-07-2019 [14:03]


Bu gün səhər saatlarında Bakıda Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında intihar faktı qeydə alınıb.

Mia.az xəbər verir ki, bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

1984-cü il təvəllüdlü Nazim Fəridov özünü xəstəxana binasının üçüncü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

Məlumatlara görə, N.Fəridov iyulun 19-da intihar məqsədilə damarlarını kəsib və yaxınları tərəfindən bu xəstəxanaya gətirilib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR