Azərbaycanın 5 güləşçisi yarımfinala vəsiqə qazanıb

img

22-07-2019 [13:10]


Azərbaycanın 4 güləşçisi Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) yarımfinala vəsiqə qazanıb.

"Report”un məlumatına görə, sərbəst güləşdə 60 kq çəkidə çıxış edən Sabir Cəfərov Marsel Deli (Macarıstan) və Anatoli Xranikanı (Belarus) məğlub edib. O, yarımfinalda bolqarıstanlı İvan Stoyanovla qarşılaşacaq. Yunan-Romada 48 kq çəkidə yarışan Qurbanov Qurban polşalı Kaçper Karaskieviç və türkiyəli Emin Çakırı üstələyib. O, yarımfinalda Maksim Stupakevlə (Belarus) güləşəcək.

60 kq çəkidə Donatas Rindeikis (Litva) və Mikita Muraşkanı (Belarus) udan Həsrət Cəfərovda yarımfianla çıxıb.

Qızların mübarizəsində 46 kq çəkidə yer alan Gültəkin Şirinova ardıcıllıqla Jutta Ala-Ranta (Finlandiya) və Tatyana Pertsavanı (Belarus) mübarizədən kənarlaşdırıb. O, yarımfinalda Fanni Viquro (Fransa) ilə üz-üzə gələcək.

61 kq çəkidə çıxış edən Mərziyə Sadıqova isə Manola Skobelska (Ukrayna) və Alina Kasabievadan (Rusiya) güclü olub. Onun yarımfianldakı rəqibi Elmas Çeliklə (Türkiyə) görüşəcək.

Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR