"Tramp Türkiyəyə sanksiya tətbiq etmək istəmir" - Çavuşoğlu

22-07-2019 [13:29]

"Ölkəmizin havadan müdafiə sisteminə ehtiyacı var. "S-400” sistemindən baha olmasına baxmayaraq, ABŞ-dan "Patriot” istədik, müxtəlif bəhanələrlə bundan imtina etdilər”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu bildirib ki, ABŞ prezidenti Donald Tramp bu məsələni bildiyi üçün Türkiyəyə sanksiya tətbiq etmək istəmir: "Donald Tramp Yaponiyada verdiyi vədə əməl etməyə çalışır. Onun bu sanksiyanı dayandırmaq və ya ləğv etmək hüququ var”.

Qeyd edək ki, Türkiyənin Rusiyadan "S-400” Zenit raket-müdafiə sistemini alması ABŞ və NATO ölkələrinin narazılığına səbəb olub.  /APA



SON XƏBƏRLƏR