Türkmənistan prezidenti qəfil vəfat edib?

21-07-2019 [17:43]
Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov vəfat edib.

Bu barədə politoloq və "Qovorit Moskva" radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən xəbər verib.

O, bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib.

Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər.

Bildirilir ki, Qurbanqulı Berdımuhammedov iyulun 15-də məzuniyyətə çıxıb/Report.

Maraqlıdır ki, ölüm xəbəri yayılan Qurbanqulı Berdimuhammedov bu gün səhiyyə və tibb işçiləri günü münasibəti ilə ölkənin tibb işçilərinə təbrik məktubu ünvanlayıb.

Bununla bərabər, Türkmənistanın Moskvadakı səfiriliyi də ölüm xəbərini təkzib edib.


SON XƏBƏRLƏR