Azərbaycan güləşçiləri ilk günü 4 medalla başa vurub

21-07-2019 [17:12]
Azərbaycanın daha bir sərbəst güləşçisi Əbülfəz Nəsirov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

"Report”un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada İtaliya təmsilçisi Simone Vinçentso Piroddu ilə görüşüb.

Rəqibinə məğlub olan (5:10) Nəsirov gümüş medalla kifayətlənib.

Daha öncə yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medala sahib olub. Digər sərbəst güləşçisi Murad Haqverdiyev (45 kq) isə qızıl medal əldə edib.


SON XƏBƏRLƏR