Türk diplomatını güllələyən 4 terrorçu tutuldu - Aralarında deputatın qardaşı da var

20-07-2019 [17:45]

İyulun 17-də İraqın Ərbil şəhərində restoranda qətlə yetirilən Türkiyə Baş konsulunun müavini Osman Kösənin  qatilləri həbs olunub.

Mia.az xəbər verir ki, bu barədə Ərbil Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, diplomatın qətlini təşkil və icra edən 4 terorçunun hamısı saxlanılıb.

Məlumata görə, saxlanılanlar arasında Türkiyə parlamentinin HDP-li deputatı Dersim Dağın böyük qardaşı da var.



SON XƏBƏRLƏR