Bakıda 16 mərtəbəli yaşayış binasındakı yanğın söndürüldü

img

20-07-2019 [16:23]


Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m və binanın dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtanın qalan hissəsi, sayğaclar və mənzillər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR