Qusarda qoyun oğuruları saxlanılıb

img

20-07-2019 [15:10]


Qusarda qoyun oğuruları saxlanılıb.

Daxili İşlər Nazirliyinin Quba rayonunda regional qrupundan Mia.az-a verilən məlumata görə, Qusar rayonu Gədəzeyxur kənd sakinləri B.Seyidov və İ.Hacəliyev Rayon Polis Şöbəsinə müraciət edərək onlara məxsus 8 baş qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri, 37 yaşlı Famil Kəlbəliyev, əvvəllər ARCM-nin müxtəlif maddələri ilə məhkum olunmuşlar 55 yaşlı Allahverdi Nəzərov və 45 yaşlı Mahir Nəcəfov saxlanılaraq polis şöbəsinə gətiriliblər. 

Dindirilmə zamanı hər üç şəxs törətdikləri oğurluq hadisələrini etiraf ediblər.

Faktlarla əlaqədar Qusar RPŞ-ninTB-də araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR