Sabiq nazirdən barəsindəki iddiaya reaksiya: "İndi seçki yoxdur ki, mənim də fikrim ya ola, ya da...”

19-07-2019 [22:18]
Bu gün ölkə KİV-ləri sabiq nazirlərdən bəzilərinin Milli Məclisə növbəti seçkilərdə deputatlığa namizəd olacaqları barədə məlumat yayıb. 

Mia.az xəbər verir ki, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun da deputat olmaq iddiasına düşdüyü bildirilib.

Heydər Əsədov isə Reyting.az-a açıqlamasında bu barədə xəbərsiz olduğunu deyib:

"Mən, seçkilərin nə vaxt olacağını heç bilmirəm. Bu barədə ilk dəfə sizdən eşidirəm. Axı, indi parlament seçkiləri keçirilmir ki, mən də bu seçkilərdə iştirak etmək barədə düşünüm. Axı seçki yoxdur ki, mənim də fikrim ya ola, ya olmaya...”. 

H. Əsədov bu məlumatın harada və kimlər tərəfindən yayılmasından da xəbərsiz olduğunu bildirib: "Ay qardaş, mən bunu səndən eşidirəm. Şaiyələrdir, belə söhbətlərə inanmayın".


SON XƏBƏRLƏR