Dövlət Neft Fondunun gəlir və xərcləri təsdiqləndi - Sərəncam + CƏDVƏL

19-07-2019 [19:13]

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. 

Mia.az xəbər verir ki, sərəncama əsaəsn, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası, gəlirlər 17 614 128,0 min manat, xərclər 11 455 597,5 min manat və ya Fondun 2018-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 115,0%, xərclər üzrə 99,8% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilib:



Gəlirlər, cəmiXərclər, cəmi11 455 597,5
 o cümlədən: 
1.Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi199 979,3
2.Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfert10 959 000,0
3.Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi89 999,2
4.Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi176 128,0
5.2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramının maliyyələşdirilməsi7 235,7
6.Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər23 255,3


SON XƏBƏRLƏR