Prezident “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi təsdiqlədi

19-07-2019 [17:47]

Prezident İlham Əliyev bu gün "Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Mia.az xəbər verir ki, qanuna 12-ci (Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi) maddəsinə edilib.

Maddəyə edilən əlavəyə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda onların hərəkəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.



SON XƏBƏRLƏR