Son 140 ilin ən isti iyun ayı 2019-cu ilə təsadüf edib

img

19-07-2019 [17:33]


Dünyada havaların müşahidəsi aparıldığı son 140 il ərzində ən isti iyun ayı 2019-cu ildə qeydə alınıb.

"Reuters” xəbər verir ki, bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) ötən gün dərc olunan məruzəsində bildirilir.

Sənədə görə, XX əsrdə dünyada iyun ayında havanın orta temperaturu 15,5 dərəcə olubsa, cari ildə həmin göstərici 16,4 dərəcə təşkil edib. Belə ki, Avropa, Asiya və Afrikanın bir sıra bölgələrində, habelə Meksika körfəzi və Havay adalarında havanın temperaturu rekord həddə çatıb.

NOAA mütəxəssislərinə görə, 140 il ərzində qeydə alınan 10 ən isti iyun ayının 9-u 2010-cu ildən sonrakı dövrə təsadüf edib. Həmçinin 2019-cü ilin ən isti 5 il arasında yer alacağı də güman olunur.

Bu ilin iyun ayında Avropanın bəzi ölkələrində rekord istilərin qeyd olunduğu məruzəyə görə, dünya iqliminin istiləşməsi qarşıdakı illərdə də davam edəcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı