Tanınmış bəstəkarın oğluna yeni vəzifə verildi

img

19-07-2019 [15:18]


"Azergold” QSC-nin Maliyyə şöbəsinə yeni direktor təyin edilib.

Mia.az xəbər verir ki, Banker.az saytının əldə etdi məlumata görə, bu şəxs Mansurov Anar Eldar oğludur. O, vəzifəsinin icrasına 2019-cu ilin iyulunda başlayıb.

A.Mansurov həmçinin, bu ilin yanvarında "AzRe Təkrarsığorta” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü seçilib.

Qeyed edək ki, A.Mansurov tanınmış bəstəkar olan Eldar Mansurovun oğludur (daha bir oğlu Ülvi Mansurov da bank sahəsində çalışır). Buna qədər o, uzun müddət bank sahəsində çalışıb. Bura "Azericard” MMC, ABB və "Azerinvestservice” MMC kimi tanınmış qurumlar daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR