Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olundu

img

19-07-2019 [14:21]


Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib. 

Mia.az Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, DSX-nin Sahil Mühafizəsinin "Vel” sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan "VE-396” bort nömrəli "Yamaha - 48” tipli qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin müha­fizəsində olan DSX Sahil Mühafizəsinin "Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə baş verən koordinatlara istiqamət götürb, qayıq Lənkəran rayonunun Vel kəndindən 2 mil məsafədə aşkar olunub və heyət üzvləri xilas olunaraq sahilə çıxarılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı