"Ramin Quluzadənin qulağına dedim ki..." - Nazir maraqlı fakt paylaşdı + FOTO

img

19-07-2019 [11:33]


İranda səfərdə olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə orada iranlı həmkarının maraqlı replikası ilə üzləşib.

Mia.az-ın məlumatına görə, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi maraqlı foto və xəbər paylaşıb.

O deyib: "Azərbaycan Respublikasının rabitə naziri cənab Quluzadə bir jurnalistin sualına cavab verərkən, səfirlik tərcüməçisinin yanında dayanmasını istədi. Qulağına dedim ki, Azərbaycan dilində danış, əksər jurnalistlər başa düşür; əvvəlcə mənə inanmadı, amma sonra söylədiyimə əmin oldu...".

Xatırladaq ki, iyulun 18-də İran İslam Respublikasının paytaxtı Tehranda 25-ci Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət ("Elecomp–2019”) sərgisi işə başlayıb.

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə İranda səfərdə olan nümayəndə heyətimiz sərginin açılış mərasimində iştirak edib.

Mia.az




Digər xəbərlər
SON XƏBƏRLƏR