"Neftçi" darmadağınla növbəti mərhələyə çıxdı - UEFA Avropa Liqası

img

18-07-2019 [22:55]


"Neftçi" UEFA Avropa Liqasında II təsnifat mərhələsində Moldovanın "Sperantsa" komandasını 6-0 hesabı ilə məğlub etməklə, növbəti mərhələyə vəsiqə qazanıb.

Mia.az xəbər verir ki, komandamız ilk oyunda olduğu kimi, cavab qarşılaaşmasında da üstün oynayıb.

"Neftçi"nin heyətində Vangelis Platellas 18-ci və 40-cı dəqiqələrdə fərqlənməklə dubl edib. Kapitan Emin Mahmudov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Dario Frederiko 42-ci, Jozef Monroz 67-ci, İsmayıl Zülfüqarlı isə 73-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, "Neftçi" II təsnifat mərhələsində Rusiyanın "Arsenal" komandası ilə qarşılaşacaq. 

İlk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq