UEFA Avropa Liqası: "Səbail" yenə eyni hesabla uduzdu

18-07-2019 [22:17]
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün Bakının "Səbail" komandası Rumıniyanın  "Universitatya" klubu ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, qarşılaşma ilk oyunda olduğu kimi, meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, Rumıniya təmsilçisi ilk görüşdə olduğu kimi, yenə eyni hesabla qalib gələrək, mərhələ adlayıb. 

"Səbail" isə avrokuboklarda debüt mövsümündə mübarizəni erkən dayandırıb.


SON XƏBƏRLƏR