“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma

img

18-07-2019 [17:20]


İsti yay günlərini paytaxtdan kənarda keçirmək istəyənlər "Nar Wi-Fi” ilə yüksəksürətli internetə çıxış əldə edə bilərlər.

Mia.az şirkətə istinadla xəbər verir ki, istirahət üçün bağa, başqa mənzilə və ya ofisə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlərin "Nar Wi-Fi” internet paylayıcısını özləri ilə götürmələri yetərlidir.

 Qısa müddətdə "Nar Wi-Fi” ilə abunəçinin mənzili 4G şəbəkəsi ilə əhatə olunacaq. Bu avadanlıq sayəsində 30-dan çox cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edir. 

İstənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə çıxış imkanı verməsi və mobil olması "Nar Wi-Fi” istifadəçilərinin sayının artmasına səbəb olub. Belə ki, son üç ayda "Nar Wi-Fi” istifadəçilərinin sayı 180 faiz artıb. Siz də istənilən məkanda "Nar”ın yüksəksürətli internetindən yararlanmaq istəyirsizsə, "Nar Wi-Fi” cihazını əldə edə bilərsiz. 

Ruterin satış məntəqələri haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.

Qeyd edək ki, avadanlığı abunəçinin özü rahat şəkildə quraşdıra bilər. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq işə düşür. Abunəçilər avans ödəniş etməklə həm qurğunu əldə edir, həm də 6 ayadək internetə çıxış imkanı qazanır.

"Nar Wi-Fi” ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-dək limitsiz internet paketləri təqdim edilir. Avadanlıq "Nar” 4G-LTE şəbəkəsinin əhatə etdiyi hər yerdə internetə çıxış əldə etmək imkanı verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı