Vergilər Nazirliyindən rüblük hesabatlara dəyikilik - DETALLAR

img

18-07-2019 [16:14]


Vergilər Nazirliyi "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat" (2019-cu il və sonrakı dövrlər üzrə) və "İşsizlik sığortası üzrə rüblük hesabat" (2019-cu il və sonrakı dövrlər üzrə) formalarını, eləcə də həmin hesabat formalarının tərtib edilməsi qaydalarını yeni redaksiyada təsdiq edib.

Mia.az xəbər verir ki, bununla bağlı nazirlik açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində müvafiq dəyişikliklər ediləcək və yeni hesabat formaları bu il oktyabrın 1-dən qüvvəyə minəcək:

"Nazirliyin İqtisadi təhlil və uçota nəzarət departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadənin sözlərinə görə, dəyişikliklərin məqsədi vergi ödəyiciləri tərəfindən təqdim edilən "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat"ın və "İşsizlik sığortası üzrə rüblük hesabat"ın daha da asanlaşdırılmasıdır. Dəyişiklik çərçivəsində məcburi dövlət sosial sığorta sığorta məqsədləri üçün fəaliyyət növlərinin 0100, 0102, 0103, 0110, 0111 kodları birləşdirilərək 0112 kodu ilə, eləcə də 8102, 8103, 8111 kodları birləşdirilərək 8105 kodu ilə eyni zamanda, işsizlikdən sığorta məqsədləri üçün fəaliyyət növlərinin 1000, 1001 kodları birləşdirilərək 1100 kodu ilə əvəz edilib. Xüsusi statusa malik təşkilatlar üzrə isə işsizlikdən sığorta məqsədləri üçün fəaliyyət növünə 1200 kodu əlavə edilib.

Nümunə üçün: "A" müəssisəsi büdcədən maliyyələşən təşkilatdır. Müəssisə tərəfindən işçilərinə əmək haqları büdcə vəsaitləri və eyni zamanda xüsusi vəsaitlər üzrə ödənilir. Bu halda "A" müəssisəsi iki fərqli hesabat əvəzinə bir hesabat təqdim edəcək. Əvvəlki qaydalara əsasən, "A" müəssisəsi məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növlərinin 0102 və 0103 kodları ilə hesabat təqdim etməli idi. Lakin yeni qaydalara əsasən 2019-cu ilin 3-cü rübündən hesabat məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növünün 0112 kodu ilə təqdim edilməlidir.

Dəyişiklikdə, həmçinin, vergi ödəyicisi tərəfindən ləğv edilməsi barədə müvafiq ərizə vergi orqanına təqdim olunduğu halda cari rüb başa çatmadan məcburi dövlət sosial sığorta və işsizlik sığortası üzrə "Ləğv olunma" ilə bağlı hesabatın da təqdim edilməsi imkanı yaradılıb.

Sosial sığorta ödənişləri üzrə hesabat formalarının vahid bəyannamə şəklində optimallaşdırılması istiqamətində hazırda Vergilər Nazirliyi müvafiq işlər həyata keçirir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq