Əlavə faiz, cibə girmə... - Kapitalbank şikayətçiyə necə fırıldaq gəlib? + FAKT

img

18-07-2019 [15:37]


"Kimin üçün yaxşı xəbərdir, kmin üçünsə pis. Amma belə olmalıydı. Münasibətlərə son vermək qərarına gəldik. Əsas da mən. Çünki alınmırdı. Neçə müddət idi ki, əsəblərimlə oynayırdı. Yalan danışırdı. Üzümü yana çevirən kimi cibimə girib oğurluq edirdi. Bu isə artıq dözülməz oldu. Buna görə də ayrıldıq. Bu gün oğru Kapital Bank-dan aldığım BirKart-ın borcunu tam ödədim və bundan sonra istifadə etməmək qərarına gəldim".

Mia.az xəbər verir ki, bu sərt sözləri PR və marketinq üzrə mütəxəssis Nəsimi Paşayev sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, hətta imkan daxilində heç bir xidmətindən istifadə etməməyə çalışacaq: "Yekə danışmaq kimi çıxmasın, qismət olub pensiyaya çıxsam, pensiya kartımı da bu bankdan almamaq üçün əlimdən gələni edəcəm.
 
Tam səmimiyyətimlə bütün kapitalbank müştərilərinə belə ayrılıq arzu edirəm".

N.Paşayev bildirib ki, dünən gün ərzində online olaraq borcumu ödəmək istədim, amma sistemləri imkan vermədi: "Günahı mənim üstümə atmağa çalışsalar da, sonunda qəbul elədilər. Hətta sabah, yəni bu gün ödəyəcəyim təqdirdə əlavə faiz hesablanmayacağına da söz verdilər. Amma bu gün hesabı bağlayanda dünənkindən artıq pul ödədim. Burnunuzdan gəlsin kapitalbankın məsul şəxsləri! Davamız isə davam edəcək!".


Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR