“Neftçi” “Sperantsa” matçından öncə azarkeşlər üçün xüsusi fan-zona yaradılacaq

img

18-07-2019 [12:54]


Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Sperantsa” matçından öncə azarkeşlər üçün xüsusi fan-zona yaradılacaq.

Mia.az xəbər verir ki, fan-zonada futbolsevərləri müxtəlif əyləncələr gözləyir. Fan-zonanın bütün təkliflərindən yararlanmaq üçün oyuna iki saat qalmış stadionda olmaq lazımdır.

Qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edən biletləri "Bakcell Arena” stadionlarının kassalarından, həmçinin "Rahat market”in "Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), "Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq” metrostansiyasının yanı), "Metropark” mağazalarından və "Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündür.

Qeyd edək ki, "Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı