ABŞ Səudiyyə Ərəbistanına 500 hərbçi göndərməyə hazırlaşır

img

18-07-2019 [12:43]


ABŞ Administrasiyası İranla aralarında gərginliyin artdığı bir vaxtda Səudiyyə Ərəbistanına xeyli sayda hərbçi göndərməyə hazırlaşır.

"Report” CNN-ə istinadən xəbər verir ki, Pentaqondan verilən məlumata əsasən, 500 nəfər amerikalı hərbçi Ər-Riyadın şərqində Şahzadə Sultan hərbi hava bazasında yerləşdiriləcək. İndi bazadakı hava limanını və eniş zolağını təkmilləşdirmək, habelə "Patriot” raket sistemlərini quraşdırmaq üçün bazada bir qrup amerikalı hərbçi və yardımçı heyət çalışır.

Mənbələr administrasiyanın bu planından Konqresin əvvəlcədən xəbərdar edilmədiyini, rəsmi açıqlamanın gələn həftə gözlənildiyini bildirirlər.

Qeyd edək ki, ötən ay ABŞ Administrasiyası İran ətrafındakı vəziyyətlə əlaqədar olaraq Yaxın Şərqə 1000 hərbçi göndərəcəklərini bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı